Əraqçi: Ruslar 12 günlük müharibədə bizə çox kömək etdilər

saytların hazırlanması

Evə çatdırılma

Əraqçi: Ruslar 12 günlük müharibədə bizə çox kömək etdilər

Dünya

21 Noyabr 2025 14:17 454


"Ruslar 12 günlük müharibədə bizə çox kömək etdilər".

"Yeni Sabah" ISNA-ya istinadla xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi bildirib.

"12 günlük müharibə zamanı çoxlu dərslər aldıq. Öz zəif və güclü tərəflərimizi və israillilərin zəif tərəflərini də öyrəndik. Bütün bu məsələlər üzərində işləmişik və tam hazırıq, hətta keçən dəfəkindən də çox hazırıq. Raketlərimiz kəmiyyət və keyfiyyət baxımından daha yaxşı vəziyyətdədir", - deyə nazir vurğulayıb. pizza sifarişi

O, İranın amerikalılarla danışıqlara və razılaşmaya tərəfdar olduğunu qeyd edib:

"Lakin ədalətli və balanslı bir razılaşma. Məsələ burasındadır ki, amerikalılar, indiki ABŞ administrasiyası razılaşmadan danışanda, əslində, öz tələblərini diktə etmək istəyirlər və biz bunu yaşadıq.

12 günlük müharibədə ruslar bizə çox kömək etdilər. Bundan sonra əvvəlkindən daha çox əməkdaşlığımız oldu".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!