Əraqçi: Təhlükəsizlik Şurasının qətnaməsi qüvvədən düşüb

saytların hazırlanması

Evə çatdırılma

Əraqçi: Təhlükəsizlik Şurasının qətnaməsi qüvvədən düşüb

Dünya

18 Oktyabr 2025 13:42 243


İranın nüvə proqramı ilə bağlı 2015-ci il üçün Birgə Hərtərəfli Fəaliyyət Planını (JCPOA) təsdiq edən BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsinin müddəti başa çatıb.

Yenisabah.az təsnim-ə istinadla xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi bildirib.

O, BMT-ni xəbərdar edib ki, Tehranın mövqeyini dəyişməzdir. pizza

Artıq İran nüvə proqramına dair qətnamədə nəzərdə tutulan bütün məhdudiyyətləri tanımayacaq.

Nazirlik xatırladıb ki, Almaniya, Fransa və Böyük Britaniyadan ibarət Aİ3 daha əvvəl Tehrana qarşı “siyasi manipulyasiya və hüquqi normaların təhrif edilməsi kampaniyasına” başlayıb.

XİN qeyd edib ki, siyasi və hüquqi əsaslar olmadan avqustun 28-də Aİ3, JCPOA-da nəzərdə tutulan prosedurları pozaraq, İrana qarşı sanksiyaların bərpası prosesinə başlayıb. Tehrana görə, bu, JCPOA və 2231 saylı qətnamənin hərf və ruhunun pozulması deməkdir.

İran Xarici İşlər Nazirliyi oktyabrın 18-dən etibarən 2231 saylı Qətnamənin bütün müddəalarının artıq etibarsız olduğunu və bərpa edilə bilməyəcəyini və onların bərpasına hər hansı cəhdin qanunsuz sayılacağını vurğulayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!