Əraqçi: Tehran atəşkəs mesajı göndərməyib

saytların hazırlanması

Evə çatdırılma

Əraqçi: Tehran atəşkəs mesajı göndərməyib

Dünya

16 Mart 2026 16:27 310


Rəsmi Tehran İsrailə və ya ABŞ-yə heç bir atəşkəs tələbi göndərməyib.

"Yeni Sabah" Təsnim-ə istinadla xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi bildirib.

Onun sözlərinə görə, İran döyüşlərdə nəcib və sarsılmaz müqavimət nümayiş etdirir: Dominos pizza

"Lakin bu müharibə onun təkrarlanmasının qarşısını alacaq şəkildə başa çatmalıdır və düşmənlər artıq təcavüzkarlığı düşünməsinlər. Artıq onlar yaxşı bir dərs alıblar".

Hörmüz boğazı ilə bağlı Əraqçi bildirib ki, Tehranın nöqteyi-nəzərindən Hörmüz boğazı açıqdır, lakin İranın düşmənləri üçün deyil.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!