Ərazi bütövlüyü dəstəklənmədi, Azərbaycan veto qoydu

saytların hazırlanması

Evə çatdırılma

Ərazi bütövlüyü dəstəklənmədi, Azərbaycan veto qoydu

Siyasət

14 May 2019 13:01 1288


“Azərbaycanın Şərq Tərəfdaşlığının 10 illiyinə həsr olunmuş görüşün yekununda imzalanması planlaşdırılan bəyannaməyə etiraz etməsi ilə bağlı sual Aİ rəhbərliyinə və bu quruma sədrlik edən Rumıniyaya ünvanlanmalıdır”.

Bu sözləri Xarici İşlər naziri Elmar Məmmədyarov Brüsseldə Şərq Tərəfdaşlığı proqramının 10 illiyi ilə bağlı yüksək səviyyəli konfransda “Vətəndaşlar üçün konkret nəticələr əldə etmə yolunda nailiyyətlər və çağırışlar” adlı 1-ci panel iclasında çıxışı zamanı deyib.

Nazir bildirib ki, bəyannamənin layihəsi Azərbaycan üçün yetərli deyildi: “Əminəm ki, tək Azərbaycan deyil, digər üzv ölkələr üçün də belə idi. Geniş müzakirələrdən sonra, xüsusilə bəyannamədə əvvəlki sammitlərdə qəbul olunmuş bəyannamələrə sadiqliyin ifadə olunmasının vurğulanmasının vacibliyinə dair müzakirələrdən sonra qərara aldıq ki, bu bəyannamə bizim üçün yetərli deyil. Xüsusilə söhbət Helsinki Yekun Aktında və BMT nizamnaməsində göstərilən prinsiplərdən gedirsə... Qərara alındı ki, Şərq Tərəfdaşlığı ölkələrinə istinad edilmədən sonda Ali Komissarın bəyanatı yayılsın”. Toyuqlu pizza

Qeyd edək ki, Azərbaycan Aİ tərəfindən hazırlanmış bəyannamə layihəsinə etiraz edib. Rəsmi Bakı sənədə Azərbaycanın ərazi bütövlüyünün bütün ölkələr tərəfindən tanınmasına dair bənd əlavə olunmasını istəyib.

Ona.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!