“Ərdə olduğum halda nazir mənə evlilik təklif etdi“   - Xalq artisti

saytların hazırlanması

Evə çatdırılma

“Ərdə olduğum halda nazir mənə evlilik təklif etdi“ - Xalq artisti

Şou

07 Avqust 2021 16:23 2029


Xalq artisti Könül Xasıyeva şəxsi həyatı ilə bağlı açıqlama verib.

Yenisabah.az xəbər verir ki, “Onun sirri” verilişində iştirak edən sənətçi azərbaycanlı nazirlərdən birinin ona evlilik təklifi etdiyini bildirib.

Könül Xasıyeva evli olduğu halda onunla evlənmək istəyən məmurun bu təklfini qətiyyətlə rədd edib: Sezar pizza

“Bu hadisə 15-20 il əvvəl olub. Məmurlarımızdan biri mənimlə ailə qurmaq istədi. Sözsüz ki, razılaşmadım. Heç yaxına da buraxmadım. Evli idi, arvadı, övladları var idi. Mən qətiyyən razılaşmadım. Peşman da olmadım. Bir ailənin dağılmasının qarşısını aldım. Bəlkə, çox yaxşı həyatım olardı. Amma mən kiminsə ahını almaq istəmədim.

Hazırda o insan vəzifədə deyil, amma ailəsi var. Ad çəkmək istəmirəm, bu, düz olmaz. Bir-neçə dəfə sürücüsünü də göndərdi. Amma mən hər dəfə eyni cavabı verirdim. Bir gün həyəti təmizləyirdim. Gördüm, evimin yanında avtomobil dayandı. Açdım qapını, dedi ki, “Məni filankəs göndərib”. Getdim süpürgəni gətirdim, dedim, "Bunu sənin başında sındıraram. Səni parçalamadan, çıx get”. (baku.ws)


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!