Ərdoğan 7 aylıq maaşını koronavirusla mübarizəyə ianə etdi

saytların hazırlanması

Evə çatdırılma

Ərdoğan 7 aylıq maaşını koronavirusla mübarizəyə ianə etdi

Siyasət

31 Mart 2020 10:05 582


Türkiyə COVID-19 pandemiyasından zərər çəkən ölkələrə yardım göstərir.

Yenisabah.az xəbər verir ki, bu barədə ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan koronavirus pandemiyası ətrafında yaranan vəziyyətlə əlaqədar xalqa müraciətində bildirib.

Dövlət başçısı deyib ki, yaxın günlərdə İtaliyaya və İspaniyaya lazımi tibbi materiallarla dolu təyyarələr göndəriləcək. Dominos pizza

"Türkiyə nə qədər güclü olsa, dostlarına bir o qədər kömək edə bilər", - dövlət başçısı vurğulayıb.

Prezident həmçinin qeyd edib ki, Türkiyədə xəstəliyin yayılmasına qarşı ehtiyat tədbirləri mərhələlərlə qəbul edilir. Türkiyə virusla mübarizə aparan başqa ölkələrlə müqayisədə daha çox tibbi müəssisələrə malikdir.

O həmçinin əlavə edib ki, epidemiyaya qarşı mübarizə çərçivəsində ölkədə "Biz bize yeteriz Türkiye" adlı kampaniya başlayıb.

Rəcəb Tayyib Ərdoğan özünün yeddi aylıq maaşını xəstəliyin yayılmasına qarşı mübarizə kampaniyasına ianə edib. 

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!