Ərdoğan ABŞ-yə səfər etdi

saytların hazırlanması

Evə çatdırılma

Ərdoğan ABŞ-yə səfər etdi

Siyasət

21 Sentyabr 2025 23:05 1894


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-yə səfər edib.

"Report"un ABŞ bürosunun məlumatına görə, Ərdoğan BMT Baş Assambleyasının yüksək səviyyəli iclasında iştirak etmək üçün Nyu-Yorka gəlib.

Dövlət başçısı şəhərdə fəaliyyət göstərən Türk Evini ziyarət edib. Binanın qarşısında təhlükəsizlik tədbirləri gücləndirilib. Türk icmasının nümayəndələri prezidenti bayraqlarla qarşılayıblar. Ərdoğan onlarla həmsöhbət olub. Dördpendirli pizza

Qeyd edək ki, dünya liderlərini bir araya gətirən "Yüksək Səviyyəli Həftə" sentyabrın 23-də işə başlayacaq. Ənənəyə uyğun olaraq, açılış nitqini Braziliya Prezidenti edəcək, sonra isə ABŞ Prezidenti çıxış edəcək. Ərdoğan dördüncü çıxışçı kimi BMT Baş Assambleyasının kürsüsünə çıxacaq.

Bu il 80-ci dəfə keçirilən "Yüksək Səviyyəli Həftə"də BMT-yə üzv olan 193 ölkədən dövlət və hökumət başçıları, eləcə də bəzi ölkələrin xarici işlər nazirləri iştirak edəcək. Tədbirin sentyabrın 30-dək davam edəcəyi gözlənilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!