Türkiyə Silahlı Qüvvələri ölkə sərhədlərində antiterror əməliyyatlarına başlayacaq və bu məsələ ilə bağlı yaxın vaxtlarda qərar veriləcək.
Yenisabah.az xəbər verir ki, bu barədə Prezident Rəcəb Tayyib Ərdoğan bildirib.
Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra qeyd edib ki, davam edən hücumlar fonunda sərhədlərimizdə təhlükəsizliyin təmin edilməsi ilə bağlı vəzifələrimizi davam etdirəcəyik və tezliklə sərhədlərimizdə yeni əməliyyatlara başlanacaq. pizza mizza
Türkiyə eyni zamanda cənub sərhədləri boyunca 30 km dərinlikdə təhlükəsizlik zonasının yaradılması prosesini başa çatdırmaq niyyətindədir.
"Türkiyəyə təhdid yaradan terror təşkilatlarına hər cür dəstək verərək onları qoruyanlar təkəbbürlü davranışlarından əl çəksinlər”, - dövlət başçısı əlavə edib.
Telegram kanalımız