Ərdoğan Avropaya xəbərdarlıq etdi

saytların hazırlanması

Evə çatdırılma

Ərdoğan Avropaya xəbərdarlıq etdi

Siyasət

03 Mart 2025 22:27 331


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Avropaya xəbərdarlıq edib.

Yenisabah.az xəbər verir ki, o, bu barədə səfirlərlə iftar proqramında çıxışı zamanı deyib.

Ölkə lideri qeyd edib ki, Türkiyənin Avropa İttifaqına üzvlük prosesi strateji prioritetdir: “Avropanın təhlükəsizliyi Türkiyəsiz mümkün deyil. Türkiyənin layiq olmadığı Avropanın qlobal aktor olaraq mövcudluğunu davam etdirməsi getdikcə mümkünsüz hala çevrilir”. pizza

Onun sözlərinə görə, bu gün dünyada “meşə qanunları” hökm sürür: “Təəssüf ki, güclü olanların zəifləri əzməsi nəticəsində yeni problemlər meydana çıxır. Bunun qarşısı alınmasa, hərbi və siyasi partlayışlar ola bilər. Problemlərin həllini zamana buraxaraq, gözlərimizi yumaraq, təhlükələrə laqeyd yanaşaraq heç bir yerə çıxa bilmərik”./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!