Ərdoğan Azərbaycan xalqını Zəfər Günü münasibətilə təbrik etdi

saytların hazırlanması

Evə çatdırılma

Ərdoğan Azərbaycan xalqını Zəfər Günü münasibətilə təbrik etdi

Siyasət

08 Noyabr 2024 19:10 967


"Qarabağ Zəfərinin dördüncü ildönümünü böyük coşqu və qürurla qeyd edən Can Azərbaycanı, Azərbaycan xalqının Zəfər Gününü ürəkdən təbrik edirəm".

Yenisabah.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan özünün "X" hesabında Zəfər Günü ilə bağlı paylaşımında qeyd edib.

"Prezident İlham Əliyev qardaşımın timsalında 44 günlük Vətən müharibəsində zəfər qazanan Azərbaycan Hərbi Qüvvələrinin qəhrəman heyətini ölkəm və millətim adından hörmətlə salamlayıram. Adlarını tarixə şərəflə yazdıran əziz şəhidlərimizin hamısını rəhmətlə yad edir, uca ruhları qarşısında baş əyirəm. Qarabağın səmalarında nazlı aypara dalğalansın deyə can verən qəhrəmanlarımızı hər zaman minnətdarlıqla yad edəcəyik" - R.T.Ərdoğan paylaşımında yazıb. pizza mizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!