Ərdoğan Azərbaycanda qəzaya düşən Binəli Yıldırım və Şamil Ayrımı ziyarət etdi

saytların hazırlanması

Evə çatdırılma

Ərdoğan Azərbaycanda qəzaya düşən Binəli Yıldırım və Şamil Ayrımı ziyarət etdi

Maraqlı

21 Oktyabr 2022 23:15 1079


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan AKP-nin sədr müavini Binəli Yıldırımı və partiyanın istanbullu deputatı Şamil Ayrımı xəstəxanada ziyarət edib.

Yenisabah.az xəbər verir ki, Türkiyə dövlət başçısını səhiyyə naziri Fahrettin Koca da müşayiət edib.

Qeyd edək ki, Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfərini müşayiət edən Binəli Yıldırım və Şamil Ayrımı daşıyan avtomobil dünən Zəngilan hava limanına gedərkən qəzaya uğrayıb. Toyuqlu pizza

Yıldırım və Ayrım qəza zamanı nəzarət məqsədi ilə sağlamlıq qruplarının müşayiəti ilə helikopterlə paytaxt Bakıdakı xəstəxanaya aparılıb. Azərbaycan Prezidenti İlham Əliyev Binəli Yıldırım və Şamil Ayrıma müalicə olunduqları xəstəxanada baş çəkib.

Daha sonra Binəli Yıldırım təcili yardım təyyarəsi ilə İstanbula gətirilib. Hazırda hər ikisi Çam və Sakura xəstəxanalarında müalicə alır./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!