Ərdoğan Azərbaycanla bağlı mühüm sazişi imzaladı

saytların hazırlanması

Evə çatdırılma

Ərdoğan Azərbaycanla bağlı mühüm sazişi imzaladı

Siyasət

18 Aprel 2025 08:46 368


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə Respublikası Hökuməti ilə Azərbaycan Respublikası Hökuməti arasında Təbii Qaz Sahəsi üzrə Əməkdaşlıq Sazişini təsdiq edib.

“Yeni Sabah” xəbər verir ki, sazişin təsdiqi barədə Türkiyənin rəsmi dövlət qəzeti məlumat yayıb.

Xatırladaq ki, saziş 2024-cü il mayın 14-də İstanbul şəhərində imzalanıb. Azərbaycan Prezidenti İlham Əliyev 2024-cü il iyulun 8-də Sazişi təsdiqləyib. pizza

Qeyd edək ki, sazişdə tərəflərin Azərbaycandan və üçüncü ölkələrdən öz əraziləri vasitəsilə təbii qazın alqı-satqısı, çatdırılması, mübadiləsi və tranziti ilə bağlı əməkdaşlığı genişləndirmək niyyəti öz əksini tapıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!