Ərdoğan Azərbaycanla vacib sazişi təsdiqlədi

saytların hazırlanması

Evə çatdırılma

Ərdoğan Azərbaycanla vacib sazişi təsdiqlədi

Siyasət

10 Fevral 2025 10:45 599


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında miqrasiya sahəsində əməkdaşlığa dair Saziş"i təsdiqləyib.

“Yeni Sabah” xəbər verir ki, bu barədə sənəd "Resmi Gazete"də dərc edilib.

Bildirilib ki, bu sənəd Azərbaycan və Türkiyə arasında 2024-cü il martın 6-da Ankarada imzalanıb. Marqarita pizza

Məlumat üçün qeyd edək ki, sazişin əsas məqsədi miqrasiya sahəsində hər iki dövlətin müvafiq qurumları arasında birbaşa əlaqələrin qurulması, bu istiqamətdə əməkdaşlığın dərinləşdirilməsi, habelə vətəndaşlarımızın qarşılıqlı səfərləri, yaşamaları, eləcə də əmək fəaliyyəti də daxil olmaqla miqrasiya idarəçiliyi ilə bağlı təcrübə və məlumat mübadiləsinin genişləndirilməsinə imkan yaratmaqdır.

Sənəd imzalandığı gündən qüvvəyə minib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!