Ərdoğan azərbaycanlı generallarla birgə hərbi təlimi izlədi - FOTOLAR

saytların hazırlanması

Evə çatdırılma

Ərdoğan azərbaycanlı generallarla birgə hərbi təlimi izlədi - FOTOLAR

Maraqlı

09 İyun 2022 14:58 1133


İyunun 9-da Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov “Efes-2022” çoxmillətli təliminin sonuncu günündə icra olunan tapşırıqları izləyib. 

Müdafiə Nazirliyindən Yenisabah.az-a verilən məlumata görə, yüksək səviyyəli qonaqlar qismində təlimi izləmək üçün Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan poliqona gəlib.

Təlim iştirakçıları snayper atışları, mühüm əhəmiyyətə malik hədəfin ələ keçirilməsi, eləcə də dəniz piyadalarının sahil obyektinə basqın tapşırıqlarını yerinə yetiriblər. pizza mizza

Əlahiddə Ümumqoşun Ordudan və Hərbi Dəniz Qüvvələrindən bir qrup hərbi qulluqçumuzun da cəlb edildiyi beynəlxalq təlimdə iştirakçılar yüksək peşəkarlıq nümayiş etdiriblər.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!