Ərdoğan “Başakşəhər”in oyununda baş verən hadisəyə münasibət bildirdi

saytların hazırlanması

Evə çatdırılma

Ərdoğan “Başakşəhər”in oyununda baş verən hadisəyə münasibət bildirdi

İdman

09 Dekabr 2020 01:45 1255


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Çempionlar Liqasının qrup mərhələsində keçirilən PSJ – “Başakşəhər” oyununda baş verən xoşagəlməz hadisəyə münasibət bildirib.

Yenisabah.az xəbər verir ki, ölkə başçısı qarşılaşmanın rumıniyalı 4-cü hakimi Sebastian Kostantin Kolteskunun irqçi ifadəsindən sonra meydanı tərk edən Türkiyə təmsilçisinə dəstək nümayiş etdirib.

Ərdoğan UEFA-dan məsələ ilə bağlı lazımi addımı atmağı gözlədiyini deyib: “Təmsilçimiz “Başakşəhər”in məşqçi heyətindən Pyerr Veboya qarşı sərf edilən irqçi sözləri şiddətlə qınayırıq. UEFA tərəfindən lazımi tədbirlərin görüləcəyinə inanıram. İdmanda və həyatın bütün hissələrində irqçiliyə, ayrı-seçkiliyə qarşıyıq”. Sezar pizza

Qeyd edək ki, UEFA ehtiyat hakimin dəyişdirilərək oyunun davam etdiriləcəyini açıqlasa da, İstanbul klubunun futbolçuları meydana çıxmaq istəmir.  /Apasport


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!