Ərdoğan: Cənubi Qafqazda sülhün təmini üçün səyləri davam etdiririk

saytların hazırlanması

Evə çatdırılma

Ərdoğan: Cənubi Qafqazda sülhün təmini üçün səyləri davam etdiririk

Dünya

11 Aprel 2025 17:39 161


Türkiyə Cənubi Qafqazda davamlı sülh və sabitliyin təmin olunması üçün səylərini davam etdirir.

Yenisabah.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan IV Antalya Diplomatiya Forumunun rəsmi açılışında çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, rəsmi Ankara Aralıq dənizi və Egey bölgəsində də sülh və sabitliyin qorunmasını hədəfləyir: pizza mizza

“Qonşumuz Yunanıstanla müsbət atmosferin qorunması üçün çalışırıq. Balkan yarımadasındakı hadisələri çox yaxından izləyir və bölgə ölkələri ilə əməkdaşlığımızı davam etdiririk".

Ərdoğan vurğulayıb ki, Mərkəzi Asiya ölkələri də rəsmi Ankaranın xarici siyasətində yerlərini hər keçən gün daha da möhkəmləndirir: 

"Ölkəmizin intensiv səyləri ilə son illərdə inteqrasiya istiqamətində mühüm addımlar atan Türk Dövlətləri Təşkilatı bu əməkdaşlığımızın gücləndirilməsinə olduqca önəmli töhfələr verir. Şimali Kipr türk xalqının suverenliyinin və beynəlxalq statusunun tanınması üçün son dövrlərdə səylərimizi artırmışıq”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!