Ərdoğan, Əliyev və Paşinyan bir arada - ŞƏT-in sammiti

saytların hazırlanması

Evə çatdırılma

Ərdoğan, Əliyev və Paşinyan bir arada - ŞƏT-in sammiti

Rəsmi

09 Sentyabr 2022 14:09 1211


ŞƏT sammitində qonaq qismində Türkiyə və Azərbaycan prezidentləri Rəcəb Tayyib Ərdoğan və İlham Əliyev, habelə Ermənistanın baş naziri Nikol Paşinyan iştirak edəcəklər.

Yenisabah.az xəbər verir ki, bu barədə Özbəkistan Prezidentinin mətbuat katibi Şerzod Əsədov öz "Facebook" səhifəsində məlumat yayıb.

Ümumən Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sentyabrın 15-16-da Səmərqənddə keçiriləcək sammitində 15 dövlətin başçısı iştirak edəcək. Sezar pizza

Onların arasında Rusiya prezidenti Vladimir Putin, Çin prezidenti Si Cinpin, Hindistanın baş naziri Narendra Modi, Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev, Pakistanın baş naziri Şahbaz Şərif, Qırğızıstan prezidenti Sadır Japarov, Tacikistan prezidenti Emoməli Rəhmon da var.

Sammitdə Belarus prezidenti Aleksandr Lukaşenko, İran prezidenti İbrahim Rəisi, Monqolustan prezidenti Uxnaaqiyn Xurelsux da ŞƏT-in müşahidəçi dövlətlərinin başçıları qismində iştirak edəcəklər.

“Gələn həftə Səmərqənddə Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Dövlət Başçıları Şurasının iclası keçiriləcək. Bu tədbir ŞƏT liderlərinin 2019-cu ildən bəri ilk təkbətək görüşü və Özbəkistanın təşkilatda sədrliyinin başa çatması olacaq”, - deyə Əsədov qeyd edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!