“Ərdoğan Ermənistanın işğalçı olduğunu Putinə açıq şəkildə izah etdi”

saytların hazırlanması

Evə çatdırılma

“Ərdoğan Ermənistanın işğalçı olduğunu Putinə açıq şəkildə izah etdi”

Siyasət

28 İyul 2020 13:45 1360


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sözçüsü İbrahim Kalın dünən Türkiyə və Rusiya liderləri arasında baş tutan telefon danışığı ilə bağlı detalları açıqlayıb.

Yenisabah.az xəbər verir ki, İ. Kalın bununla bağlı “CNN Türk”ə  müsahibəsində bildirib ki, Ərdoğan Ermənistanın işğalçı olduğunu Putinə açıq şəkildə izah edib:

“Burada işğalçı Ermənistandır. Cənab Prezidentimiz bunu dünən hörmətli Putinə də açıq şəkildə izah etdi. Biz Azərbaycanın yanındayıq. Prezidentimizin münasibəti belədir. Bununla bağlı ən kiçik tərəddüd belə yoxdur. Azərbaycana təhdid haradan gəlirsə gəlsin, Türkiyə Azərbaycanın yanında olmağa davam edəcək. Lakin bu, diplomatik kanalların bağlanması mənasına gəlmir. Putinlə telefon danışığı zamanı çox yaxşı bir nöqtəyə gəlindiyini söyləyə bilərəm”. Pepperoni pizza

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!