Ərdoğan Fülya Öztürkü təltif etdi

saytların hazırlanması

Evə çatdırılma

Ərdoğan Fülya Öztürkü təltif etdi

Dünya

07 May 2025 01:20 422


Türkiyənin tanınmış jurnalisti, Azərbaycan xalqının sevimlisi Fulya Öztürk daha bir nüfuzlu mükafata layiq görülüb.

O, “EY İYİ” media mükafatlandırma mərasimində “Ən Yaxşı Müxbir” adına layiq görülərək mükafatı şəxsən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın əlindən alıb.

Fulya Öztürk peşəkar fəaliyyəti, xüsusilə müharibə və təbii fəlakət bölgələrindən hazırladığı reportajlarla ictimaiyyətin diqqətini çəkib və media sahəsindəki cəsarətli çıxışları ilə tanınıb. O, təkcə Türkiyədə deyil, Azərbaycanda da böyük rəğbət və sevgi qazanıb. Xüsusilə 44 günlük Vətən müharibəsi dövründə hazırladığı reportajlarla Azərbaycan xalqının qəlbində xüsusi yer tutub. Marqarita pizza

Qeyd edək ki, “EY İYİ” mükafatları hər il müxtəlif sahələrdə uğur qazanan jurnalist və media nümayəndələrinə təqdim olunur./Ajans.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!