2003-cü il martın 14-də Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə Türkiyədə 59-cu hökumət qurulub. Bununla da Türkiyənin müasir tarixində dönüş nöqtəsi hesab olunan Ərdoğan dövrü başlayıb və hələ də davam edir.
“Yeni Sabah” xəbər verir ki, ötən 17 ildə bütün seçkilərdə qalib gələn AKP lideri Ərdoğan hazırda Türkiyənin dövlət başçısıdır. 2002-ci ilin noyabrında AKP seçkilərdə qalib gəlsə də, Ərdoğanın üzərində məhkumluq olması səbəbilə baş nazir ola bilməyib. Ancaq bir neçə aydan sonra Ərdoğan üzərindən məhkumluq götürülür və o. Türkiyənin baş naziri seçilir.
Ərdoğanın hakimiyyətə gəlməsi ilə Türkiyənin daxili və xarici siyasətində dəyişiklik başlayır. Türkiyədəki müsəlman demokratiyasə bütün müsəlman ölkələrinə nümunə kimi göstərirlir.
Hazırda Türkiyə Yaxın Şərq və dünyada aktiv siyasət aparan regional güc mərkəzinə çevrilib. Yaxın Şərqdə münaqişələrin həlli, hərbi-siyasi proseslərə təsir baxımından əvəvlki mövqeyindən xeyli irəli çıxıb. Pepperoni pizza
Telegram kanalımız