Ərdoğan İsraili regional münaqişəyə başlamaqda ittiham etdi

saytların hazırlanması

Evə çatdırılma

Ərdoğan İsraili regional münaqişəyə başlamaqda ittiham etdi

Dünya

26 Oktyabr 2024 19:24 922


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 26-na keçən gecə İrana hücum edən İsraili regional miqyasda münaqişəyə başlamaqda ittiham edib.

“Report” “TRT”yə istinadən xəbər verir ki, o, bu barədə ölkənin cənub-şərqindəki Hatay vilayətində bildirib.

“Qərb gücləri tərəfindən təqdir edilən İsrail hökuməti regional münaqişənin qaynağını yandırmağa çalışır. Ümid edirəm ki, bu oyun baş tutmayacaq”, - deyə Ərdoğan qeyd edib. pizza sifarişi

Bundan əvvəl İsrailin İrana zərbələri Türkiyə Xarici İşlər Nazirliyi tərəfindən pislənərək, bu hücumla Təl-Əvivin bölgəni daha böyük müharibənin astanasına gətirdiyini vurğulamışdı.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!