Ərdoğan Kahramanmaraşda Azərbaycan könüllüləri ilə görüşdü

saytların hazırlanması

Evə çatdırılma

Ərdoğan Kahramanmaraşda Azərbaycan könüllüləri ilə görüşdü

Maraqlı

21 Fevral 2023 10:15 727


Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan Kahramanmaraş şəhərində zəlzələdən zərərçəkənlərə dəstək məqsədi ilə qardaş ölkəyə yollanmış Azərbaycan könüllüləri ilə görüşüb. 

Bu barədə Yenisabah.az-a Azərbaycan Gənclər Fondundan məlumat verilib.

Bildirilib ki, Ərdoğan zəlzələ bölgəsində xidmət edən Azərbaycan könüllülərinə təşəkkür edib: "Xoş gəldiniz, xoş gəldiniz. Maşallah. Azərbaycanlı qardaşlarımız". Dominos pizza

Azərbaycan könüllüləri də öz növbəsində Prezident Ərdoğana başsağlığı verib.

Qeyd edək ki, Türkiyədə baş vermiş və çoxsaylı insan itkilərinə səbəb olmuş zəlzələdən dərhal sonra Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin tapşırığı ilə Azərbaycan dövləti tərəfindən zəlzələdən zərər çəkmiş qardaş ölkəyə yardım məqsədilə həyata keçirilən və xalqımızın da böyük dəstək verdiyi genişmiqyaslı tədbirlərə Azərbaycanın könüllü gəncləri də qoşulublar. Belə ki, ötən həftə ərzində təbii fəlakətdən ən çox zərər görmüş Kahramanmaraş, Hatay və Adıyaman bölgələrindəki çadır şəhərciklərdə könüllü kimi çalışan yüz nəfər azərbaycanlı gənc minlərlə zərərçəkmiş şəxsə, habelə həssas vəziyyətdəki yüzlərlə uşağa xidmət edib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!