Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan seçkilər barədə danışıb.
Yenisabah.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, rəqibi Kemal Kılıçdaroğlunu tənqid edib.
"Axır ki, "Bay-bay Kemal" kimisə qabağa vermək əvəzinə özü namizəd oldu. İnşallah ki, 6 partiyanın vahid namizədi ilə demokratik şəkildə yarışacağıq, ona lazım olan yeri göstərəcəyik", - deyə Ərdoğan söyləyib. pizza
Qeyd edək ki, Türkiyədə həm parlament, həm də prezident seçkiləri eyni tarixdə - 14 mayda baş tutacaq./Modern.az
Telegram kanalımız