Ərdoğan Laçında Səməd Vurğunun  şeirini səsləndirib

saytların hazırlanması

Evə çatdırılma

Ərdoğan Laçında Səməd Vurğunun şeirini səsləndirib

Siyasət

28 May 2025 17:30 501


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Laçında 28 May - Müstəqillik Gününə həsr olunan konsertdən əvvəl çıxışı zamanı Xalq şairi Səməd Vurğunun şeirindən parça səsləndirib.

Yenisabah.az xəbər verir ki, Ərdoğan şeiri səsləndirmədən öncə çıxışında "Biz həmişə Azərbaycanın yanında olacağıq. Rəbbim Azərbaycan-Türkiyə qardaşlığını daim etsin!" - deyib. 

Türkiyə liderinin "Azərbaycan" şeirindəndən səsləndirdiyi iki bəndi təqdim edirik: Marqarita pizza

"El bilir ki, sən mənimsən,

Yurdum, yuvam, məskənimsən,

Anam, doğma vətənimsən!

Ayrılarmı könül candan?

Azərbaycan, Azərbaycan!

Mən bir uşaq, sən bir ana,

Odur ki, bağlıyam sana:

Hankı səmtə, hankı yana

Hey uçsam da yuvam sənsən,

Elim, günüm, obam sənsən!"


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!