Ərdoğan lirə ilə bağlı göstəriş verdi:   Araşdırma başlayır

saytların hazırlanması

Evə çatdırılma

Ərdoğan lirə ilə bağlı göstəriş verdi: Araşdırma başlayır

Rəsmi

28 Noyabr 2021 09:01 905


Türkiyə Dövlət Müşahidə Şurası (DDK) valyuta məzənnəsindəki anormal artımda manipulyasiya olub-olmadığını, varsa, kim tərəfindən olduğunu araşdıracaq.

Yenisabah.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan göstəriş verib.

Bildirilir ki, idarəçilik işlərinin qanunvericiliyə uyğun, müntəzəm və səmərəli şəkildə aparılması və inkişaf etdirilməsi məqsədilə yaradılan audit qurumu başda dollar olmaqla, külli miqdarda xarici valyuta alan qurum və təşkilatları müəyyən edəcək. Dördpendirli pizza

DDK sədri Yunus Arıncı və komandası araşdırmanın nəticəsini hesabata çevirəcək və cinayət aşkar edilərsə, tədbir görülməsi üçün müvafiq qurumlara göndərəəcək.

Xatırladaq ki, son vaxtlar Türkiyə lirəsi ABŞ dolları qarşısında kəskin ucuzlaşıb. Hazırda 1 ABŞ dolları 12,43 Türkiyə lirəsi təşkil edir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!