Ərdoğan: Netanyahu dünyanı fəlakətə sürükləyir

saytların hazırlanması

Evə çatdırılma

Ərdoğan: Netanyahu dünyanı fəlakətə sürükləyir

Dünya

21 İyun 2025 14:40 343


Qəzza zolağındakı 2 milyon qardaş və bacımız 21 aydır ki, hətta nasist konsentrasiya düşərgələrini belə aşan şəraitdə sağ qalmaq üçün mübarizə aparır. Hücumların İranın nüvə proqramı ilə bağlı danışıqların intensivləşdiyi bir vaxtda baş verməsi, əlbəttə, təsadüfi deyil.

Yenisabah.az habertürk-ə istinadla xəbər verir ki, bunu Türkiyə prezidenti Ərdoğan deyib.

"Şübhəmiz yoxdur ki, İran xalqı çətinliklər qarşısında göstərdiyi həmrəylik, eləcə də güclü dövlət təcrübəsi sayəsində bu günlərin öhdəsindən gələcək. İsrailin Qəzza zolağında, Livanda, Yəməndə, Suriyada və son zamanlar İranda həyata keçirdiyi hücumlar quldurluq kimi qiymətləndirilir. 90 il əvvəl Hitlerin yandırdığı qığılcım dünyanı oda bürüdüyü kimi, Netanyahunun sionist iddiaları da dünyanı fəlakətə sürükləyir. Dördpendirli pizza

Biz Türkiyə olaraq, bölgəmizdə sərhədləri qanla müəyyən ediləcək yeni bir Sayks-Pikot nizamının qurulmasına icazə verməyəcəyik.

Suriyada, Livanda və İranda, eləcə də Fələstində İsrail quldurluğunu dayandırmaq üçün daha çox həmrəylik nümayiş etdirməyimiz zəruridir”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!