Ərdoğan Netanyahu ilə bağlı elə bir şərt qoyub ki...

saytların hazırlanması

Evə çatdırılma

Ərdoğan Netanyahu ilə bağlı elə bir şərt qoyub ki...

Siyasət

13 Oktyabr 2025 23:31 729


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İsrail baş naziri Benyamin Netanyahunun Şarm əl-Şeyxdə keçirilən Yaxın Şərq Sülh Sammitində iştirak edəcəyi təqdirdə Misir səfərindən imtina etməyə hazır olub.

Musavat.com-un xəbərinə görə, bu barədə “Ülke TV” telekanalının baş redaktoru Həsən Öztürk canlı efirdə məlumat verib.

Öztürkün sözlərinə görə, prezidentin təyyarəsi Şarm əl-Şeyxə uçarkən Ərdoğana Netanyahu­nun sammitə qatılmaq niyyətində olduğu barədə məlumat verilib. Rəcəb Tayyib Ərdoğan bundan sonra tərəfdaş ölkələrin nümayəndələrinə bildirib ki, əgər İsrail baş nazirinin iştirakı təsdiqlənsə, dərhal Türkiyəyə geri dönəcək. Dördpendirli pizza

“Prezidentin təyyarəsi artıq eniş zolağına yaxınlaşmış, eniş şassiləri açılmışdı. Lakin son anda təyyarə yenidən yüksəlməyə başladı”, - deyə Həsən Öztürk bildirib.

Bir qədər sonra Misir hakimiyyətindən Ərdoğana Netanyahu­nun sammitdə iştirak etməyəcəyi barədə məlumat çatdırılıb. Bunun ardından prezident təyyarəsi dönüş edərək Şarm əl-Şeyx hava limanına enib.

Hadisə ilə bağlı rəsmi açıqlama verilməyib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!