Ərdoğan “Oskar“ mükafatlı fələstinli rejissorla görüşdü

saytların hazırlanması

Evə çatdırılma

Ərdoğan “Oskar“ mükafatlı fələstinli rejissorla görüşdü

Dünya

08 Dekabr 2025 17:57 652


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Oskar mükafatı qazanan “No Other Land” (“Başqa Torpaq Yoxdur”) sənədli filminin rejissoru, fələstinli Basel Adra ilə görüşüb.

"Yeni Sabah" xəbər verir ki, görüş Dolmabahçə Prezident Ofisində mətbuata qapalı baş tutub.

Ərdoğan filmi qazandığı beynəlxalq mükafatlar münasibətilə təbrik edərək, İsrailin işğal siyasətinin ağır nəticələr doğurduğunu bildirib. O, bölgədə baş verən hadisələri sənədləşdirən şəxslərin birbaşa hədəfə alındığını vurğulayıb. pizza sifarişi

Prezident filmin çəkilişi zamanı həyatını itirən fələstinli aktivist Avde Hadalini yad edərək, yaradıcı heyətin cəsarətini yüksək qiymətləndirib. O, qeyd edib ki, “No Other Land” qlobal vicdanın oyadılması baxımından mühüm rol oynayır.

Qeyd edək ki, film İsrail ordusunun yıxım və sürgün siyasətinə qarşı fələstinlilərin mübarizəsindən bəhs edir və 2019–2023-cü illəri əhatə edən real hadisələr əsasında çəkilib. Sənədli film “Ən yaxşı sənədli film” üzrə Oskar mükafatına layiq görülüb.

İlhamə Qasımlı


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!