Ərdoğan Özəldən təzminat tələb edir

saytların hazırlanması

Evə çatdırılma

Ərdoğan Özəldən təzminat tələb edir

Dünya

08 Aprel 2025 15:08 217


Rəcəb Tayyib Ərdoğan ana müxalifət partiyası CHP-nin sədri Özgür Özəldən məhkəməyə şikayət edib.

Yenisabah.az xəbər verir ki, Türkiyə prezidentin vəkili Hüseyn Aydının sözlərinə görə, iddiada xunta ilə müqayisə və təhqirlərə görə 500 min lirə (təxminən 13 min 100 dollar) məbləğində mənəvi təzminat tələbi var.

Vəkil onu da qeyd edib ki, prezidentin təhqir olunması ilə bağlı iddia cinayət işinin başlanması üçün Ankara Baş Prokurorluğuna göndərilib. Dominos pizza

Aprelin 6-da Ankarada CHP-nin növbədənkənar qurultayı keçirilib və Özəl yenidən partiya başqanı seçilib. Siyasətçi çıxışı zamanı Ərdoğanı və hökumətini darbecilərlə müqayisə edib və onları “ölkəni zəbt etmiş xunta” adlandırıb. Özəlin bu sözləri hökumət üzvlərinin kəskin tənqidinə səbəb olub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!