Ərdoğan İlham Əliyevə zəng etdi

saytların hazırlanması

Evə çatdırılma

Ərdoğan İlham Əliyevə zəng etdi

Siyasət

15 May 2019 12:42 1160


Mayın 15-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

Azərbaycan Prezidentinin Mətbuat Xidmətindən “Yeni Sabah”a verilən məlumata görə, Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevi və Azərbaycan xalqını Ramazan ayı münasibətilə təbrik edib, dövlətimizin başçısına və xalqımıza firavanlıq arzularını çatdırıb.

Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib və öz növbəsində, Rəcəb Tayyib Ərdoğanı və Türkiyə xalqını bayram münasibətlə təbrik edib, Türkiyə Prezidentinə və xalqına ən xoş arzularını çatdırıb. Pepperoni pizza

Söhbət zamanı dövlət başçıları Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bundan sonra da bütün sahələrdə uğurla inkişaf edəcəyinə əmin olduqlarını bildiriblər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!