Ərdoğan Putinlə danışdı -   Bu məsələdə razılığa gəldilər

saytların hazırlanması

Evə çatdırılma

Ərdoğan Putinlə danışdı - Bu məsələdə razılığa gəldilər

Dünya

24 Noyabr 2025 16:35 1353


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiyanın dövlət başçısı Vladimir Putin arasında telefon danışığı olub.

“Yeni Sabah” xəbər verir ki, bu barədə Kremlin Mətbuat xidməti məlumat yayıb. 

Bildirilib ki, telefon danışığı zamanı ikitərəfli əməkdaşlığın aktual mövzuları, xüsusilə ticarət-investisiya əlaqələrinin daha da genişləndirilməsi və energetika sahəsində strateji əhəmiyyət kəsb edən layihələrin həyata keçirilməsi müzakirə olunub.  Pepperoni pizza

İki ölkə liderləri söhbəti zamanı ABŞ-nin sülh planı təklifləri kontekstində Ukraynadakı vəziyyətlə bağlı fikir mübadiləsi aparıb.

Vladimir Putin Türkiyə Prezidentinə bildirib ki, təqdim edilmiş variant bütövlükdə Alyaskada keçirilmiş Rusiya-ABŞ sammitində aparılan müzakirələrin məntiqinə uyğundur və prinsipcə yekun sülh razılaşmasının əsasını təşkil edə bilər.

Rəcəb Tayyib Ərdoğan danışıqlar prosesinə hərtərəfli dəstək vermək niyyətini ifadə edib və bu məqsədlə İstanbul platformasını təqdim etməyə hazır olduğunu bildirib. Ukrayna məsələsi üzrə Rusiya-Türkiyə təmaslarının müxtəlif səviyyələrdə aktivləşdirilməsi barədə razılıq əldə olunub.

 

İlhamə Qasımlı


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!