Ərdoğan Şahbaz Şəriflə görüşdü

saytların hazırlanması

Evə çatdırılma

Ərdoğan Şahbaz Şəriflə görüşdü

Siyasət

31 Avqust 2025 16:45 359


Pakistanla Şimali Kipr Türk Respublikası arasında əlaqələrin inkişafından məmnunuq.

Yenisabah.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Çinin Tiencin şəhərində Pakistan Baş naziri Şahbaz Şəriflə keçiridyi görüş zamanı bildirib.

Ərdoğan bu məsələdə Pakistanın nümayiş etdirdiyi həmrəyliyi yüksək qiymətləndirdiyini qeyd edib. Dördpendirli pizza

Ərdoğan Suriyanın suverenliyi və ərazi bütövlüyünün Türkiyə üçün prioritet olduğunu da bildirərək ölkədə sabitliyin pozulmasına yönəlmiş hər cür addıma qarşı olduqlarını diqqətə çatdırıb.

Liderlər ticarət, enerjgetika, müdafiə sənayesi və təhlükəsizlik sahələrində əməkdaşlığı inkişaf etdirməyə çalışdıqlarını bildiriblər.

Görüş zamanı qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olunub.

Qeyd edək ki, Ərdoğan və Şərif Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin liderlərinin sammitində iştirak etmək üçün Çində səfərdədirlər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!