Ərdoğan Təhlükəsizlik Şurasının iclasını keçirir: Gündəlikdə Qarabağ da var

saytların hazırlanması

Evə çatdırılma

Ərdoğan Təhlükəsizlik Şurasının iclasını keçirir: Gündəlikdə Qarabağ da var

Rəsmi

02 İyun 2021 15:40 945


Türkiyə Milli Təhlükəsizlik Şurasının iclası başlayıb.

Yenisabah.az xəbər verir ki, toplantıya ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan sədrlik edir.

İclasda müzakirə olunan məsələlərdən biri də Azərbaycanın Ağdam rayonunda yerləşən və Qarabağda atəşkəsə nəzarət edən Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyətidir. Dominos pizza

Toplantıda Türkiyə Silahlı Qüvvələrinin Azərbaycanla yanaşı, Liviya və Suriyadakı fəaliyyəti də nəzərdən keçirilir.

İclasda İraqın şimalında terrorçulara qarşı keçirilən “Pençe” əməliyyatlarının gedişi, Kipr məsələsi, Egey və Aralıq dənizindəki vəziyyət, terrora qarşı mübarizə və digər strateji məsələlər müzakirə olunur.

İyunun 14-də Brüsseldə NATO-ya üzv dövlətlərin zirvə toplantısı keçiriləcək. Təhlükəsizlik Şurasında müzakirə edilən digər məsələ Türkiyə hərbçilərinin alyansdakı vəzifələri ilə bağlıdır. (Report)


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!