Ərdoğan: Vaşinqtonda əldə olunan razılaşmalardan məmnunuq

saytların hazırlanması

Evə çatdırılma

Ərdoğan: Vaşinqtonda əldə olunan razılaşmalardan məmnunuq

Dünya

09 Noyabr 2025 14:16 322


Bu il avqustun səkkizində Vaşinqtonda Azərbaycan və Ermənistan arasında əldə edilən razılaşmalardan məmnunluğumuzu ifadə etmişik.

"Yeni Sabah" "Haber Global"a istinadla xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycandan qayıdarkən jurnalistlərə müsahibəsində deyib.

Onun sözlərinə görə, rəsmi Ankara Azərbaycan və Ermənistan arasında sülh prosesi kontekstində atılan addımları alqışlayır: Dördpendirli pizza

"5 il əvvəl biz Azərbaycana ən güclü dəstəyimizi nümayiş etdirdik. Bu şanlı qələbədən sonra Azərbaycan Prezidenti İlham Əliyevlə birlikdə 10 dekabr 2020-ci ildə Azadlıq meydanında keçirilən qələbə paradına baxdıq. 2021-ci ildə imzaladığımız Şuşa Bəyannaməsi ilə müttəfiqlik səviyyəsinə yüksəlmiş əlaqələrimiz hər sahədə konkret layihələrlə daha da möhkəmlənir".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!