Ərdoğan və Putin arasında telefon danışığı oldu

saytların hazırlanması

Evə çatdırılma

Ərdoğan və Putin arasında telefon danışığı oldu

Dünya

28 Mart 2025 13:48 376


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və rusiyalı həmkarı Vladimir Putin arasında telefon danışığı olub.

Bu barədə "Report" Türkiyə Prezidentinin dəftərxanasına istinadən xəbər verir.

Tərəflər Türkiyə və Rusiya arasında ikitərəfli münasibətləri, həmçinin mühüm regional və qlobal məsələləri müzakirə ediblər. Dördpendirli pizza

Ərdoğan qeyd edib ki, Türkiyə Rusiya və Ukrayna arasında hərbi əməliyyatların dayandırılmasına yönəlmiş prosesi diqqətlə izləyir və sülh danışıqlarının təşkili də daxil olmaqla, hərtərəfli dəstək göstərməyə hazır olduğunu bildirib.

Türkiyə Prezidenti Suriya məsələsində Rusiya ilə qarşılıqlı əlaqənin vacibliyini vurğulayıb. Onun fikrincə, bu, regionda uzunmüddətli sülh və sabitliyin təmin edilməsi üçün həlledici əhəmiyyət kəsb edir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!