Ərdoğan və Tramp arasında telefon danışığı oldu

saytların hazırlanması

Evə çatdırılma

Ərdoğan və Tramp arasında telefon danışığı oldu

Siyasət

03 Oktyabr 2025 19:59 376


Türkiyə və ABŞ prezidentləri Rəcəb Tayyib Ərdoğan və Donald Tramp arasında telefon danışığı olub.

Yenisabah.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi məlumat yayıb.

Məlumata görə, telefon danışığı Ağ Ev rəhbərinin istəyi ilə gerçəkləşib. pizza hut

Bildirilir ki, söhbət zamanı liderlər Türkiyə-ABŞ münasibətlərini və Qəzzadakı mövcud vəziyyəti müzakirə ediblər.

Türkiyə prezidenti bildirib ki, bu yaxınlarda Vaşinqtona etdiyi səfər iki ölkə arasındakı əlaqələrə yeni təkan verib:

"İki ölkə arasında müdafiə sənayesi başda olmaqla, bütün sahələrdə əməkdaşlığı gücləndirən adddımların atılması həyati önəm daşıyır".

O, Türkiyənin regional sülh üçün diplomatik təmaslarını sürətləndirdiyini və qlobal sülhə töhfə verməyi qətiyyətlə davam etdirəcəyini diqqətə çatdırıb./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!