Ərdoğan yanğında həlak olanların dəfnində ağladı - Foto

saytların hazırlanması

Evə çatdırılma

Ərdoğan yanğında həlak olanların dəfnində ağladı - Foto

Hadisə

22 Yanvar 2025 21:36 356


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bolunun Kartalkaya bölgəsində "Grand Kartal" otelində baş verən yanğından sonra faciə yerini ziyarət edib.

Yenisabah.az xəbər verir ki, yanğında həyatını itirənlərin dəfn mərasimində iştirak edən dövlət başçısı dərin kədərini ifadə edərək ağlayıb.

Qeyd edək ki, hadisə ötən gecə saat 03:00 radələrində 12 mərtəbəli oteldə baş verib. Hadisə zamanı oteldə olan 238 nəfərdən 79-u həyatını itirib, 51 nəfər yaralanıb. Rəsmi məlumata görə, hadisə ilə bağlı 9 nəfər saxlanılıb. Marqarita pizza

Səhiyyə Nazirliyi açıqlamasında xəsarət alan 29 nəfərin artıq evə buraxıldığını, 22 nəfərin müalicəsinin davam etdiyini bildirib. Bu faciə Türkiyədə böyük rezonansa səbəb olub.

Aytac Şahin


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!