Ərdoğan yenidən   namizəd olacaq

saytların hazırlanması

Evə çatdırılma

Ərdoğan yenidən namizəd olacaq

Dünya

02 Mart 2025 17:31 508


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın müttəfiqləri növbədənkənar prezident seçkilərinin keçirilməsi və onun yenidən namizədliyinin irəli sürülməsi məsələsini gündəmə gətiriblər.

Yenisabah.az xəbər verir ki, Türkiyə mediasının məlumatına görə, bu barədə hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədr müavini Hüseyn Yaman danışıb. Onun sözlərinə görə, partiya 2027-ci ilin noyabrında növbədənkənar seçkilərin keçirilməsi və Ərdoğanın yenidən prezidentliyə namizəd olması ehtimalını nəzərdən keçirir.

Yaman həmçinin vurğulayıb ki, Ərdoğanın namizədliyi təkcə AKP tərəfindən deyil, eyni zamanda Milliyyətçi Hərəkat Partiyasının da daxil olduğu Respublikaçılar Alyansı tərəfindən dəstəklənəcək. pizza sifarişi

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!