Ərdoğan Zəngəzur dəhlizinə dair: İrandan dəstək gözləyirik

saytların hazırlanması

Evə çatdırılma

Ərdoğan Zəngəzur dəhlizinə dair: İrandan dəstək gözləyirik

Dünya

29 May 2025 14:32 463


Biz artıq Cənubi Qafqazda sülh və əmin-amanlıq görmək istəyirik.

Yenisabah.az xəbər verir ki, bunu Rəcəb Tayyib Ərdoğan Azərbaycandan qayıdarkən jurnalistlərə müsahibəsində bildirib.

"Regionda daimi sülhün mövcudluğu hamının xeyrinə olacaq. Şadıq ki, Azərbaycan və Ermənistan arasında sülh artıq üfüqdədir və bundan məmnunuq. Bu prosesi yaxından izləyirik, lazımi töhfəni veririk. Əldə olunacaq sülh Azərbaycan, Ermənistan və ölkəmiz üçün də dəyərli olacaq. Biz də Ermənistanla diqqətli bir normallaşma prosesini yaşayırıq. Həm sülhdən, həm də normallaşmadan ölkələrimizin fayda qazanacağını da görəcəyik. Odur ki, bununla bağlı zərrə qədər narahatlıq yoxdur. Sezar pizza

O ki qaldı Zəngəzur mövzusuna... Zəngəzur dəhlizi Azərbaycan və Naxçıvan üçün təkcə quru yolu deyil, həm də Türkiyə vasitəsilə Türk dünyasına uzanan yeni inteqrasiya xəttidir. Bu dəhlizin qısa müddətdə açılması Cənubi Qafqazda nəqliyyat və enerji infrastrukturunu gücləndirəcək.

Biz qonşumuz İranın bölgəmizdə sülhə və inkişafa xidmət edəcək bu addımları dəstəkləyəcəyini gözləyirik. Çox istərdik ki, onlar bu “qazan-qazan” prinsipindən faydalansınlar. Atılan hər bir addım, hər açılan qapı, dəhliz iqtisadi fayda ilə bərabər sonda ölkələri bir-birinə daha da yaxınlaşdıracaq”, - Türkiyə prezidenti qeyd edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!