Ərdoğan millinin futbolçularına təsəlli verdi 

saytların hazırlanması

Evə çatdırılma

Ərdoğan millinin futbolçularına təsəlli verdi 

Maraqlı

07 İyul 2024 11:24 1589


Prezident Rəcəb Tayyib Ərdoğan Niderland yığması ilə matçdan sonra soyunub-geyinmə otağına gedərək Türkiyə yığmasının futbolçuları ilə görüşüb. 

Yenisabah.az xəbər verir ki, qarşılaşmanı stadionda izləyən Ərdoğan matçda məğlub olan milli futbolçulara təsəlli verib. 

“Prezidentimiz Rəcəb Tayyib Ərdoğan 1/4 final matçından sonra soyunub-geyinmə otağında millini ziyarət edib”, - Ərdoğanın sosial şəbəkədəki rəsmi hesabında edilən paylaşımda qeyd olunub. Sezar pizza

Qeyd edək ki, Almaniyada təşkil olunan Avropa çempionatının 1/4 finalında Niderland - Türkiyə matçı keçirilib. Oyun Türkiyə millisinin 2:1 hesablı məğlubiyyəti ilə yekunlaşıb. Beləliklə, Niderland yığması Avropa çempionatının yarımfinalına yüksəlib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!