Ərdoğanı təhqir edən Ümit Ozdağ restoranda QANDALLANDI – VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Ərdoğanı təhqir edən Ümit Ozdağ restoranda QANDALLANDI – VİDEO

Hadisə

21 Yanvar 2025 09:08 1926


Zafer Partiyasının sədri Ümit Özdağ, 19 yanvar 2025-ci ildə partiyasının il başqanları ilə keçirilən məsləhətləşmə toplantısında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana qarşı ifadələrinə görə İstanbul Respublika Baş Prokurorluğu tərəfindən “Prezidentə təhqir” və “xalqı kin və düşmənçiliyə təhrik” ittihamları ilə başlanan istintaq çərçivəsində saxlanılıb.

“Yeni Sabah” bildirir ki, Özdağ, Ankarada yemək yediyi restoranda saxlanıldıqdan sonra tibbi müayinədən keçirilib və İstanbula gətirilib. Zafer Partiyası rəsmi açıqlamasında bütün vətəndaşları və partiya üzvlərini Ümit Özdağın yanında olmağa dəvət edib və rəsmi kanallardan gəlməyən məlumatlara etibar edilməməsini istəyib.

Özdağın İstanbul Vatan Əmniyyət Müdirliyində gecələyəcəyi və sabah saat 09:00-da ifadə vermək üçün Çağlayan Ədliyyəsinə aparılacağı bildirilib.  pizza hut

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!