Ərdoğanın bu sözləri Azərbaycanda haqlı narazılıq yaradıb

saytların hazırlanması

Evə çatdırılma

Ərdoğanın bu sözləri Azərbaycanda haqlı narazılıq yaradıb

Siyasət

18 May 2025 08:33 51562


Ərdoğanın “Çaldıran türk, kürd, ərəbin ortaq qələbəsidir” sözləri Azərbaycanda haqlı narazılıq yaradıb. Çaldıran döyüşündə kimin qalib, kimin məğlub olduğu, Şah İsmayılla Sultan Səlimin münasibətləri və digər tarixi faktlarla bağlı (bu haqda kifayət qədər yazılıb) müzakirələrin iki mənfi nəticəsi olur:

Birincisi, Azərbaycan və Türkiyə ictimaiyyəti arasında uçurum dərinləşir;

İkincisi, Şah İsmayıl irsinə sahib çıxmağa çalışan İran bundan Azərbaycan ictimai rəyində Türkiyəyə qarşı “tarixi düşmənçilik” təbliğatında istifadə edir; Marqarita pizza

İran 2020-ci ilin Tovuz döyüşləri zamanı Çaldıran döyüşü üzərindən Türkiyəyə qarşı genişmiqyaslı kampaniyaya strat vermişdi. 44 günlük müharibədən sonra bu kampaniya sürətləndi və zaman-zaman səngisə də, aktual olaraq qalır. Çünki həmin dövrdən etibarən Türkiyə Azərbaycanla müttəfiqlik üzərindən Cənubi Qafqazda güclənməyə aşılanmışdı. Belə kampaniyada hədəf seçilənlərdən biri də birbaşa Ərdoğanın özü olub. İndi Ərdoğan Çaldıran döyüşü ilə bağlı dedikləri ilə əslində İrana fürsət verir.

Türkiyənin siyasi elitasına bunu izah etmək lazımdır. Tarix üzərindən ayrılıq yaratmaqdansa, Azərbaycanın qızılbaş irsindən Yaxın Şərqdə istifadə etmək Türkiyə üçün daha sərfəli olardı.

Asif Nərimanlı

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Xəyal Azəri
    Şah İsmayıl Xətainin adına olan metro stansiyası dəyişilsə məsləhətdir.
    12 months ago
  • Vazeh
    Əlbəttə, İran-fars şovinizminə və faşizminə fürsət verməmək lazımdı, o cümlədən onları Azərbaycanda şiəlik bəhanəsi ilə ölkəmizdə təbliğ edənlərə. Lakin Ərdoğana da nə düşüb ki, düşmənə belə fürsət verir. İnandırıram ki, hətta neytral mövqedən yanaşsaq, onun dedikləri ərəblərə aid hissədə tarixi cəhətdən düzgün də deyil. Çünki, Çaldıran döyüşü 1514-cü ildə baş veribsə, həmin dövrdə heç bir ərəb ölkəsi hələ Osmanlının tərkibində deyildi və buradan da belə bir nəticə hasil olur ki, onun ordusunda ərəb də ola bilməzdi. Hər kəs bilir ki, Səlim 1516-1517-ci illərdə, yəni Çaldırandan 3 il sonra türk soylu məmlükləri məğlub edib onların ağalıq etdiyi Suriya və Misiri tutacaqdı və yalnız bundan sonra ərəb məmləkətlərinin Osmanlı idarəçiliyinə keçməsi baş verəcəkdi. Buna qədər, o cümlədən 1514-cü ildə Osmanlı ordusunda ərəb necə ola bilərdi?!!! Ona görə də bu adam tarixi də saxtalaşdırır. Səbəbi Ərdoğanın türkçü və turançı deyil, Osmanlıçı olmasıdır. (Məlum olduğu kimi Osmanlıda ərəb meylliliyi üstünlük təşkil edirdi). Heç də təsadüfi deyil ki, Osmanlı hakimiyyəti altında olmuş ərəb torpaqlarında baş verən hadisələrə daha həssasdır, nəinki türk respublikalarında olanlara. Onun yanlış siyasətinin və türk respublikaları ilə lazımi iş aparmamasının nəticəsidir ki, Avropa birliyinin bir hay-huyuna görə Orta Asiyadakı türk dövlətləri türk birliynə böyük zərbə vuran hərəkətə yol verdilər (demək istəmirəm ki, KIbrızı satdılar).
    12 months ago
  • Азер
    Şah ismayıl türk dünyasının, azərbaycanlıların,müsəlmanlarin qatı düşmənidir.sovetlər hökuməti kim müsəlmanlara PROTİV İDİSƏ onu qəhraman kimi millətə TƏLQİN edirdi. Və buna ğörə bu millət şah ismayil, babək,qatır məmməd və s qəhrəman hesab edib, öz düşmənlərini.
    12 months ago
  • Mahmud
    Türkiyə Azərbaycana tarixdə hər zaman dəstək olmuşdur, bizi bir millət və dövlət kimi qalmağımızın səbəbi məhz onlardır. Hər sözü şişirib dağ boyda eləmək qanı türk olmayanların işidir.
    12 months ago