Ərdoğanın evinin qarşısında atəş açdı:   Ayağından yaralandı

saytların hazırlanması

Evə çatdırılma

Ərdoğanın evinin qarşısında atəş açdı: Ayağından yaralandı

Maraqlı

18 May 2022 11:03 953


Ərdoğanın evinin qarşısında “Mən Məsihəm” deyərək havaya atəş açan şübhəli ayağından güllə ilə vurularaq saxlanılıb.

Yenisabah.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ötən gecə saat 03:00 radələrində prezident, AKP sədri Rəcəb Tayyib Ərdoğanın Kısıklıdakı iqamətgahı qarşısında silah səsləri eşidilib. Hadisənin Ərdoğanın evini qorumaq üçün yaradılan ən kənar təhlükəsizlik dairəsində baş verdiyi öyrənilib.

Polislər tərəfindən ayağından atəş açaraq zərərsizləşdirilən şəxsin AKP üzvü İbrahim Karakoyun olduğu iddia edilib. Dominos pizza

İstintaq davam edir.

Nəzrin Vahid 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!