Ərdoğanın Azərbaycana səfər proqramı bəlli oldu

saytların hazırlanması

Evə çatdırılma

Ərdoğanın Azərbaycana səfər proqramı bəlli oldu

Siyasət

27 May 2025 17:39 510


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan mayın 28-də Azərbaycana səfər edəcək.

Yenisabah.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fahrettin Altun məlumat yayıb.

O qeyd edib ki, səfər 28 May Müstəqillik günümüz çərçivəsində baş tutacaq. Marqarita pizza

“Bu münasibətlə Azərbaycan Prezidenti cənab İlham Əliyevlə danışıqlar zamanı iki ölkə arasında münasibətlər, eləcə də cari regional və qlobal hadisələrlə bağlı fikir mübadiləsi aparılacağı nəzərdə tutulur”, - deyə o əlavə edib.

Bundan əlavə, Pakistanın Baş naziri cənab Şahbaz Şərifin iştirakı ilə “Türkiyə-Azərbaycan-Pakistan Üçtərəfli Zirvə”sinin 2-ci Toplantısı keçiriləcək.

Ərdoğan səfəri zamanı Laçın Beynəlxalq Hava Limanının açılış mərasimində də iştirak edəcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!