Ərdoğanın xanımı: Qazanan Türkiyədir

saytların hazırlanması

Evə çatdırılma

Ərdoğanın xanımı: Qazanan Türkiyədir

Maraqlı

15 May 2023 09:47 682


Övladlarımızın gələcəyi üçün səs verməyə gedən millətimizin qərarı nəticəsində Türkiyə yüz ili qalib gəldi. Qazanan Türkiyədir. 

Yenisabah.az xəbər verir ki, bu sözləri Türkiyənin birinci xanımı Əminə Ərdoğan sosial media hesabında yazıb. 

Paylaşımda qeyd olunub: “Bir olduq, birləşdik, böyük və güclü Türkiyə üçün alın təri tökdük. Əldə edilən uğurlarımıza yenilərini əlavə edərək Türkiyə yüz ili üçün yenə çiyin-çiyinə quracağıq”.  Pepperoni pizza

Güvən, sabitlik, xidmət deyərək bu yola ürəkdən qoşulan millətə təşəkkürünü bildirən Əminə Ərdoğan: “Bu qürur və uğur hamımızındır. Xəyalları gerçəkləşdirmək və hər sahədə lider ölkə olmaq üçün düzgün addımlarla dayanmayın, yola davam edin”, - deyə vurğulayıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!