Ərdoğanın yerinə Vaşinqtona Fidan gedəcək

saytların hazırlanması

Evə çatdırılma

Ərdoğanın yerinə Vaşinqtona Fidan gedəcək

Dünya

18 Fevral 2026 16:20 289


Qəzza üçün yaradılmış Sülh Şurasının Vaşinqton toplantısında Rəcəb Tayyib Ərdoğanı xarici işlər naziri Hakan Fidan təmsil edəcək.

“Yeni Sabah” xəbər verir ki, Türkiyə XİN bununla bağlı məlumat yayıb.

Hakan Fidan toplantıda çıxış edəcək və Fələstin məsələsinin həllinə yönələn səylərin qətiyyətlə davam etdirilməsinin vacibliyini vurğulayacaq. O, Türkiyənin bu təşəbbüslərə dəstəyini ifadə edəcək. pizza

Toplantıda həmçinin İsrailin atəşkəsin pozulmasına və humanitar yardımların fasiləsiz çatdırılmasına mane olan hərəkətlərinə son qoyulması tələb olunacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!