Ərdoğanla görüşdə gözdən qaçan detal: Paşinyan elə bir hərəkət elədi ki...

saytların hazırlanması

Evə çatdırılma

Ərdoğanla görüşdə gözdən qaçan detal: Paşinyan elə bir hərəkət elədi ki...

Siyasət

25 Sentyabr 2024 21:00 2086


Ermənistan-Türkiyə münasibətlərinin normallaşması Azərbaycanla sülh müqaviləsinin imzalanmasından sonra mümkün olacaq, bu, Ankaranın İrəvana şərtidir.

Yenisabah.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu qeyd edib.

“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Nyu-Yorkda Ermənistan Baş naziri Nikol Paşinyanla görüşünü müsbət qiymətləndirmək olar. Birincisi, Ərdoğan Paşinyanı ayağına gətirib, görüş BMT binasının yanındakı Türk Evində keçirilib. Ərdoğanın Paşinyana təqdim etdiyi “Daha ədalətli dünya mümkündür” kitabında Türkiyənin regional maraqları əks olunub. Paşinyan həmin kitabı oxumasa belə, bu kitabla şəkil çəkdirməsi onun Ərdoğanın mesajını qəbul etməsi anlamına gəlir. pizza

İkincisi, qənaətimə görə, Ərdoğan bu görüşdə Paşinyana bir daha anladıb ki, Ermənistan Türkiyə ilə sərhədin açılması və diplomatik münasibətlərin bərpasını istəyirsə, ilk növbədə Azərbaycanla sülh sazişi imzalamalı və Zəngəzur dəhlizinin açılmasını təmin etməlidir. Bu olmadan Türkiyə birtərəfli addım atmayacaq. Türkiyə lideri BMT tribunasında da bəyan elədi ki, Ermənistan-Türkiyə əlaqələrinin normallaşması Azərbaycanla sülh müqaviləsinin imzalanmasından sonra mümkün olacaq”, - ekspert bildirib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!