Ərdoğanla Makron regional məsələləri müzakirə etdilər

saytların hazırlanması

Evə çatdırılma

Ərdoğanla Makron regional məsələləri müzakirə etdilər

Siyasət

07 Fevral 2025 22:02 240


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla fransalı həmkarı Emmanuel Makron arasında telefon danışığı olub.

Yenisabah.az xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin mətbuat xidmətindən bildirilib.

Qeyd olunub ki, liderlər ikitərəfli, regional və beynəlxalq məsələləri müzakirə ediblər. Ərdoğan söyləyib ki, iki ölkə arasında dialoqun artırılması münasibətlərə müsbət töhfə verəcək. Onun sözlərinə görə, ölkələr arasında müdafiə sənayesi başda olmaq bir çox sahə üzrə əməkdaşlıq potensialı var. pizza hut

Türkiyə lideri həmçinin qeyd edib ki, Avropa İttifaqının (Aİ) Suriyaya qarşı sanksiyaları aradan qaldırması tamamilə məqsədəuyğun addımdır.

Ərdoğan deyib ki, Türkiyə Suriyaya dəstəyini müntəzəm davam etdirəcək.

Türkiyə dövlət başçısı eyni zamanda HƏMAS ilə İsrail arasında atəşkəsin qorunmasının və davamlı həll yolunun təmin olunması üçün addımların atılmasına ehtiyac olduğunu qeyd edib. /Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!