Ərdoğanla Putin Dağlıq Qarabağı müzakirə etdilər

saytların hazırlanması

Evə çatdırılma

Ərdoğanla Putin Dağlıq Qarabağı müzakirə etdilər

Siyasət

14 Oktyabr 2020 21:19 2482


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla rusiyalı həmkarı Vladimir Putin arasında telefon danışığı baş tutub.

Yenisabah.az "Hürriyet"ə istinadən xəbər verir ki, telefon danışığı zamanı əsas müzakirə olunan məsələlərdən biri də hazırda Dağlıq Qarabağda baş verən gərginliklə bağlı olub.

Ərdoğan Azərbaycan ərazilərinə hücum edən Ermənistanın 30 ildir davam edən işğalını daimi etməyə çalışdığını bildirərək Türkiyənin Minsk qrupu habelə ikili münasibətlər çərçivəsində bu məsələnin həll olunmasından yana olduğunu qeyd edib.  Toyuqlu pizza

Putin isə Türkiyənin ATƏT-in Minsk qrupunun üzvü olaraq, Dağlıq Qarabağda münaqişənin deeskalasiyasına konstruktiv töhfə verəcəyinə ümid etdiyini bildirib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!