Ərə getmək üçün qaçan 13 yaşlı qız ailəsinə təhvil verildi

saytların hazırlanması

Evə çatdırılma

Ərə getmək üçün qaçan 13 yaşlı qız ailəsinə təhvil verildi

Sosial

23 May 2023 16:57 1197


Bir neçə gün öncə Tovuzda itkin düşən və dünən Xaçmazda tapılan 13 yaşlı Əfsanə Tağıyeva ailəsinə təhvil verilib.

Yenisabah.az Oxu.az-a istinadən xəbər verir ki, Əfsanə Tağıyeva və ailəsi hazırda Xaçmazdadır.

Ekspertiza təyin edilib, faktla bağlı araşdırma davam etdirilir. Pepperoni pizza

Qeyd edək ki, Tovuzda itkin düşüb Xaçmazda tapılan 13 yaşlı məktəblini qaçırdığı iddia edilən şəxs Xudat şəhər sakini Səfər Kavazovdur. Onun 44 yaşı var, ailəlidir. Üç övladı olan S.Kavazov Xudat şəhər xəstəxanasında mühafizəçi kimi çalışır.

Ə.Tağıyeva ilkin ifadəsində ərə getmək üçün evdən qaçdığını bildirib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!